25 İyul 2014 14:20
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakinləri Cəbrayıl Həsənzadənin idarə etdiyi “Mercedes” markalı, Zahid Bahadurovun idarə etdiyi “Hyundai” markalı və Salyan rayon sakini Səftər Hacıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub.

Nəticədə C.Həsənzadə hadisə yerində ölüb, Z.Bahadurov xəstəxanaya yerləşdirilib.

Tərtər rayonu Hüsənli kəndi ərazisində kənd sakini Məhiyəddin idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. S.Mirzəyev və sərnişini Sənani Hüseynov ölüblər.

Lənkəran rayonunun Siyavar kəndi ərazisində rayon sakini Ələddin Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub. Ə.Məmmədov və sərnişini Rövşən Ramazanov xəstəxanaya yerləşdiriliblər. Ə.Məmmədov orada ölüb.

Tovuz rayonunun Böyük Qışlaq kəndi ərazisində Aşağı Öysüzlü kənd sakini Elşən Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı və Bakı şəhər sakini Şahlar Murtuzovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. E.Cəfərovun sərnişini Cəlil İsayev hadisə yerində ölüb.

Şamaxı rayonunun Pirsaat qəsəbəsi ərazisində, “VAZ-2121” markalı avtomobillə Ağsu rayon sakini Əlikişi Kərimov vurulub. Ə.Kərimov hadisə yerində ölüb.

Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində Ramal kənd sakini Fəxarət Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı, Cəlilabad rayon sakini Murad Muradovun idarə etdiyi “MAN TCS” markalı və Bakı şəhər sakini Aslan Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

A.Abdullayev və sərnişini Bakı şəhər sakini Dürdanə Ağayeva ölüblər.

Hacı Zeynalov


Müəllif: