25 İyul 2014 14:29
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şıx çimərliyinin sahilində yerləşən “1001 gecə” istirahət mərkəzində baş vermiş qətl hadisəsi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prokurora çıxış etmək üçün söz verilsə də, o, vaxt istəyib.

Buna görə də məhkəmə avqustun 5-nə təyin olunub. Prokuror həmin gün Rəşad Mirələmova cəza istəyəcək.

Qeyd edək ki, Ramal Bayramovun qətlilə bağlı bu iş üzrə məhkəmə qarşısına bir nəfər çıxarılıb - Rəşad Mirələmov. O, “1001 gecə”nin sahibi, deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

Cinayət işinin materiallarına görə, 17 iyul 2012-ci ildə “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insidentin məhz Rəşad Mirələmov tərəfindən törədildiyi sübuta yetirilib. Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürdüyü, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini öldürməyə cəhd göstərdiyi müəyyən olunub.

Bu səbəbdən də ona qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, adam öldürməyə cəhd, hədə-qorxu ilə tələb etmə və qanunsuz silah saxlama maddələrilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rəşad Mirələmov Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur.

Hacı Zeynalov


Müəllif: