Bakının Binəqədi rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Fərid Məmmədova məxsus “Deyvo” markalı avtomobili qaçırılıb.
Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov və Samux rayon sakini Elnur Həsənov tutulublar.
Araşdırmalar zamanı onların avtomobili Gəncə ərazisində şəhər sakini olan bir nəfərə 1300 manata satdıqları müəyyən edilib.