Bakıda səfil həyat tərzi keçirən şəxsi qətlə yetirməkdə təqsiri bilinən Natiq Abbasovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Natiq Abbasov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qətl ötən il noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun üzərində zorakılıq əlamətləri (baş nahiyəsində döyülməyə xarakterik) olan meyiti tapılıb.
Yuri Batanov “bomj” həyatı yaşayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.
Təqsirləndirilən şəxsin ilkin ifadəsində “bomj”un onun bacısına söz atdığı üçün qətlə yetirdiyi bildirib.