28 Sentyabr 2017 14:45
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Vambo Aurelienin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Vambo Aurelienin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi oktaybrın 4-nə təyin edilib.

İttihama görə, bu ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaşlardan biri bildirib ki, tanımadığı şəxslər onun etimadını qazanaraq 20 min dollarını guya xüsusi kimyəvi vasitələrlə 40 min dollara çevirəcəyi adı ilə aldadaraq ələ keçirib.

Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Aurelien Vanbo saxlanılıb.

O, bir qrup şəxslə əlbir olaraq, Azərbaycanda keçiriləcək beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəklərini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildirib.

Dəstənin digər üzvlərinin cinayət işinə ayrıca icraatda baxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər