29 Sentyabr 2017 14:40
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı oliqarx - keçmiş milyarder Telman İsmayılov və ailə üzvlərinin cinayət işləri ilə bağlı yeni qurbanların adları açıqlanıb.

Teleqraf.com rosbalt.ru saytına istinadla xəbər verir ki, İsmayılov “Lüberetsk” mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin öldürülməsində şübhəli bilinir.

Məlumatlara görə, qətllərlə bağlı ittiham Rafiq İsmayılovun yaxın adamı Sergey Qavryuşinin ifadəsindən sonra irəli sürülüb.

Bildirilib ki, “Lyuberetsk” ilə Telman İsmayılov arasında gərginlik 2009-cu ildə Çerkizovsk” bazarı bağlanandan sonra başlayıb.

Azərbaycanlı oliqarx yeni bazar açmaq üçün yer axtarıblar. Bu zaman onlar Moskva yaxınlığında yerləşən “Abramtsevo” bazarını seçiblər. Ancaq bura “Lüberetsk” mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin nəzarətində olub. T.İsmayılov qruplaşma liderlərini bir-bir aradan götürüb.

Bundan əvvəl isə İsmayılovların adları “Koptevsk” qruplaşmasının liderlərinin sifarişli qətllərində hallanırdı.

Qeyd olunub ki, Rafiq İsmayılov bu cinayət işi ilə əlaqədar artıq həbs olunub. Qardaşı Vaqif isə axtarışa verilib.


Müəllif: Samir

Oxşar xəbərlər