25 İyul 2014 17:33

İyulun 15-də iqtisadçı alim, vətəndaş cəmiyyəti öncülü Azər Mehtiyevin avtomobili paytaxtda, metronun “Nizami” stansiyasının yaxınlığında qarət olunub. Avtomobilin yan şüşəsini sındırıb noutbuk çantasını aparıblar. Çantada noutbukdan başqa bəzi sənədlər də olub. Olayı Yasamal polisi araşdırır.

Azər Mehtiyev iyulun 25-də “Media forum” saytına bildirib ki, hadisədən 10 gün keçməsinə baxmayaraq hələ bir nəticə yoxdur, oğurluğun üstü açılmayıb.


Müəllif:
Загрузка...