26 İyul 2014 21:02
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi PRİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Elman Kərimlinin mobil telefonunu oğurlamış Sumqayıt şəhər sakinləri Ruhiddin Novruzov və Hüseyn Əsgərov saxlanılıblar.

Teleqraf.com-un xəbərinə görə, bu barədə məlumatı DİN yayıb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyulun 19-da Ayaz Səlimliyə, iyulun 20-də Rövşən Süleymanlıya, iyulun 21-də Namiq Ağayevə, iyulun 24-də Gündüz Quliyevə məxsus pul, məişət əşyaları və sənədləri, habelə, cari ilin iyun və iyul ayları ərzində Novxanı çimərliyində Bakı şəhər sakini Əsmər Novruzovaya və Abşeron rayon sakini Abbas İbrahimova məxsus mobil telefonları oğurlamaları da müəyyən edilib.


Müəllif: