13 Oktyabr 2017 11:04
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən Rövşən Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxsin dələduzluq yolu ilə aldadaraq onun külli miqdarda pulunu mənimsədiyini bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş Sabirabad rayon sakini Rövşən Şükürov saxlanılıb.

Onun yaşadığı evdən hüququ-mühafizə orqanlarına məxsus xüsusi geyim forması və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov