26 İyul 2014 23:10
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt və Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, bu informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Belə ki, Sumqayıtda şəhər sakinləri Toğrul Hüseynalıyevin və Zülal Hacıyevin idarə etdikləri “VAZ-21099” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Z.Hacıyev hadisə yerində ölüb, onun maşınında olan sərnişinlər - Sumqayıt şəhər sakinləri Bayram Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Qaxda isə rayon sakini Ramazan Mustafayevin idarə etdiyi “VAZ-21043” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. R.Mustafatev hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: