3 Noyabr 2017 16:56
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Respublikasının Qroznı şəhərində 51 yaşlı kriminal avtoritet Hüseyn Əhmədov saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, kriminal aləmdə Kor Hüseyn kimi tanınır.

Kor Hüseyn azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Caniyev) yaxın adamı olub.

O, Lənkəranskinin İstanbulda qətlindən sonra Çeçenistana qayıtmaq qərarına gəlib. Məlumatlara görə, Kor Hüseyn Lənkəranskinin dəfnində iştirak etdikdən sonra Çeçenistana qayıdıb.

Saxlanılan zaman Hüseyn Əhmədovun avtomobilindən külli miqdarda narkotik vasitə aşkar edilib.


Müəllif: Samir

Oxşar xəbərlər