4 Noyabr 2017 16:12
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siciliya mafiyasının başçısı polislə eşq macərası yaşayan doğma qızını öldürməyi öz oğluna əmr edib.

Teleqraf.com xəbər verir ki, bunu İtaliya hüquq-mühafizə orqanlarının adada mütəşəkkil cinayətkarlıqla bağlı keçirdiyi xüsusi əməliyyat üzə çıxarıb.

Əməliyyat zamanı 16 nəfər saxlanılıb. Onlar mütəşəkkil cinayətkarlıqda və sahibkarlara hədə-qorxu gəlib pul almaqda şübhəli bilinirlər. Həbs olunanlar arsında 71 yaşlı Cüzeppe Skaduto da var. O, reketlik üstündə 9 il həbsdə yatdıqdan sonra 6 ay əvvəl azadlığa çıxıb.

Müstəntiqlər telefon danışıqlarının dinlənilməsi zamanı müəyyən ediblər ki, Skaduto qızının asayiş keşikçisi ilə roman yaşadığını biləndən sonra oğluna onların hər ikisindən qisas almağı tapşırıb. Ancaq 30 yaşlı gənc atasının əmrini icra etməkdən imtina edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər