30 İyul 2014 16:55
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun mərkəzində yerləşən çay evlərində Atabəy Xanlarov münaqişə zəminində Aqşin Sadıqovu bıçaqlayıb. Aqşin Sadıqov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs həbs edilib.


İstintaqa ifadə verən Aatabəy Xanlarov hadisənin bəzi təfərrüatlarını açıqlayıb. O, hadisənin söyüş üstündə törətdiyini deyib.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: