Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1999-cu il təvəllüdlü rayon sakini Bəybala Osmanov bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, Bəybala Osmanov qonşusu, 1996-cı il təvəllüdlü Tural Abbasovla mübahisə edib. Onların mübahisəsi sonda davaya çevrilib, Tural Abbasov Bəybala Osmanova 3 bıçaq zərbəsi vurub.
Cinayəti törədən Tural Abbasov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanıb.
İstintaqa ifadə verən Tural Abbasov törətdiyi cinayəti etiraf edib. O, hadisənin söyüş üstündə baş verdiyini deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.