Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayev bıçaqlanaraq öldürülüb.
Onu 1981-ci il təvəllüdlü tanışı Sadiq Nemətov mübahisə zamanı bıçaqla qətlə yetirib.
Zahir Hacıağayev əvvəllər məhkum olunub.
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sadiq Nəhmətov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.