30 İyul 2014 17:43
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda təqsirləndirilən direktoru Mübariz Mahmudov ölüb.


M. Mahmudov Ədliyyə Nazirliyi Penitensiar xidmətin müalicə müəssisəsində dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsünə qarşı ittiham irəli sürülüb, barələrində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

O da məlum olub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər, adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub.

Onu da qeyd edək ki, həmin şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. M. Mahmudov dünyasını dəyişdiyi üçün onun barəsində olan cinayət işinə xitam verilib.

/APA/


Müəllif: