Bakının Yasamal rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30 min manat dəyərində qızıl əşyalar və 8 min manat dəyərində “Vertu” markalı mobil telefonun oğurlanması barədə Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.