Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürüb.
Daha sonra Əlihüseyn Salahzadənin vəkili vəsatət verib. O, müvəkkilinin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses noyabrın 20-də davam edəcək.
Əlihüseyn Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə ittiham edilir.
O, Azərsu ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinib.