Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtda oğurluqla məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, oğurluqda şübhəli bilindiyinə görə tutulan Taleh Muxtarovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsində araşdırma aparılıb.
Onun noyabrın 2-də rayon ərazisindəki daha bir evdən pul və mobil telefon oğurlaması müəyyən edilib.
Bundan başqa, noyabrın 8-də metronun “Nizami” stansiyasında Şamaxı rayon sakini Xəyalə Mürsəlovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf İsgəndərov Metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki kafelərdən birindən 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kəmalə Musayeva tutulub.
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Hikmət Şahverdiyevin ətrafında Xətai rayon Polis İdarəsində araşdırma aparılıb. Onun avqustun 25-də Marat Musikayevə məxsus avtomobildən 2 ədəd mobil telefon oğurlaması müəyyən edilib.