10 Noyabr 2017 13:56
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xarici vətəndaşlara qarşı törədilmiş iki cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edən T.İliyana kirayədə yaşadığı mənzildən 50 manatı, fotoaparatı və 2 mobil telefonunun oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Orucov tutulub.

Digər analoji cinayətin üstü Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən açılıb.

Noyabrın 4-də əcnəbi vətəndaş Ə.Alsaidinin rayon ərazisində kirayədə yaşadığı evdən 500 manat, 1000 ABŞ dolları, qol saatı və mobil telefon oğurlanıb.

Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Maya Yaqubova 37-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Hər iki faktla bağlı cinayət işləri başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər