Qazax rayonunun Qazaxbəyli kəndində quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 2 naməlum şəxs Şirvan şəhər sakini Ramil Məmmədova zor tətbiq edib, onun 45 manat, 1850 lirə (milli valyuta ilə 810 manat) pulunu və mobil telefonunu alıb.
Qazax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Roman Rzayev və Sumqayıt şəhər sakini Dərya Əsgərov tutulublar.