11 Noyabr 2017 22:45
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Dilarə Əliyeva küçəsində qarajlardan birindən 15 min manat oğurlanıb.

Qarajın sahibi Raya Əliyeva baş verən oğurluq hadisəsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət edib. Qadın bildirib ki, 15 min manat muiqdarında pul qarajda avtomobildə olub və sonradan həmin pul naməlum şəraitdə oğurlanıb.

Oğurluq hadisəsi ilə bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov