31 İyul 2014 10:25
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda küçədə meyit tapılıb.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, təxminən 25-30 yaşlarında olan kişi meyit rayonun Maştağa qəsəbəsində aşkar olunub. Hadisə yerinə polis əməkdaşları gəlib. Meyitin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Araşdırmalar zamanı həmin şəxsin avtomobillə vurulduğu məlum olub.

Hadisəni törədən sürücünün kimliyini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: