31 İyul 2014 11:49
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dələduzluqda təqsirli bilinən Özbəkistan vətəndaşı Könül Abbasovanın məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Könül Abbasova 2012-ci ilin avqust ayından 2013-cü ilin yanvar ayınadək olan müddətdə Elnarə adlı şəxs etibarlarından sui-istifadə edərək Bakı şəhər sakinləri Mətanət Əzimovadan 5 min manat, Musa Məmmədovdan 3 min manat, Natəvan Əliyevadan 27 min manat və Günay Ağayevadan 1700 manat dəyərində qızıl-zinət və məişət əşyaları alıb. Amma o, vədinə əməl etməyib.

Buna görə də zərərçəkmişlər Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə şikayət ediblər. Şikayət əsasında Könül Abbasova ötən ilin mayın 5-də tutulub.

Könül Abbasova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub və məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Könül Abbasova apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a bildiriblər ki, Könül Abbasovanın şikayətinə Rizvan Səfərov baxıb. Məhkəmə kollegiyası onun şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: