16 Noyabr 2017 11:03
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmədə təqsirləndirilən Dəmir Bank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, həmin şəxslərin himayəsində azyaşlı uşaqlar var.

Daha sonra zərərçəkmişlər vəsatət qaldırıb. Onlar təqsirləndirilən Fərəh Rəşadətlinin barəsində ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilib, həbs qətimkan tədbirinin seçilməsini istəyiblər.

Fərəh Rəşadətlinin vəkili də vəsatət qaldırıb. O, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını tələb edib.

Məhkəmədə zərərçəkmişlərin vəsatətini təmin edib, o, məhkəmə zalında həbs edilib. Fərəh Rəşadətlinin vəkilinin vəsatəti təmin edilməyib.

Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib.

Fərəf Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, Fərəf Rəşadətli “Dəmir Bank”ın filial müdiri olub, Tamamgül Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. Fariz Qarayev isə bankın əməkdaşı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər