19 Noyabr 2017 17:39
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayonunda evlərdən birindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, araşdırmalarla noyabrın 15-də həmin evdən 3400 manat dəyərində qızıl-zinət əşyalarının, 250 manat pulun və 2 ədəd maaş kartının oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun zərərçəkmişin qohumu Səbuhi Məmmədzadə tərəfindən törədilməsində şübhələr yarandığından həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. O, törətdiyi əməli etiraf edib.

Ətrafında aparılan tədbirlərlə onun digər cinayətinin də üstü açılıb.

Sәbuhi Məmmədzadənin cari ilin sentyabrın 6-da rayon ərazisindəki daha bir evdən 1040 manat dəyərində qızıl, 596 manat pul və bəzək əşyaları oğurlaması, həmin zinət əşyalarını Bakıdakı qızıl mağazalarından birinə 520 manata satdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər