27 Noyabr 2017 10:16
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Zabrat qəsəbəsində 1996-cı il təvəllüdlü Xəyal Məmmədov naməlum şəxslə mübahisə edib.

Mübahisə davaya çevrilib. Dava zamanı həmin şəxs Xəyal Məmmədovu ürək nahiyəsindən bıçaqlaqlayıb. Yaralı ağır vəziyyətdə Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, Xəyal Məmmədov Zabrat qəsəbə sakini, 1994-cü il təvəllüdlü Zaur Qasımov tərəfindən bıçaqlanıb. Cinayəti törədən həbs edilib.

Naxçıvan sakini olan Xəyal Məmmədovun tələbə olduğu bildirilir.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər