28 Noyabr 2017 10:59
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarənin rəisi, general-mayor Natavan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu günə təyin edilmiş məhkəmə prosesi baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb hakim kollegiyasına daxil olan hakimlərin sabiq MTN generalı Elçin Quliyev və keçmiş MTN əməkdaşı Azər Mehdiyevin cinayət işi ilə bağlı ötən gün müşavirəyə yollanmasıdır.

Hakimlər kollegiyası həmin şəxslərə hökmü elan edəndən sonra Sübahir Qurbanov və digərlərinin cinayət işi üzrə məhkəməyə çıxacaq.

Bu səbəbdən bu günkü proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Sübahir Qurbanov və digər vəzifəli şəxslərin cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatına baxılır. Həmin iş üzrə tərkibdə olan hakimlər Elçin Quliyevin cinayət işi üzrə müşavirədədirlər.

Ləğv ediımiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin işi üzrə prosesə hakim Elbəy Allahverdiyev sədrlik edir.

Prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini təklif edilib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər