Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayonu ərazisində naməlum qadın Salyan rayon sakini İsrafil Məmmədovun cibindən içərisində 740 manat və sənəd olan pulqabısını oğurlamağa cəhd göstərib.
Bu zaman İsrafil Məmmədov onu yaxalayıb və yaxınlıqda olan polis əməkdaşlarına təhvil verib. Cibgir qadın 24-cü polis bölməsinə gətirilib.
Bölmədə araşdırma zamanı şübhəli şəxsin Bakı şəhər sakini Elza Yarıyeva olduğu məlum olub.
Onun daha bir neçə cibgirlik cinayətlərində iştirak etdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.