Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavininin oğlu Elmir İbadov barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Elmir İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadov bu il avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədib.
Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.