Bakının Nəsimi rayonu ərazisindəki çay evlindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Elnur Süleymanovun mobil telefonunun oğurlanması barədə 19-cu polis bölməsinə məlumat daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Fərid Quluzadə tutulub.
Onun noyabrın 19-da Bakı şəhər sakini Emin Qasımova məxsus “TOFAŞ” markalı avtomobildən 25 manat və maqnitofon oğurladığı da müəyyən edilib.