Bakının Sabunçu rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsində 2 naməlum şəxs Bakı şəhər sakini Murad Pəncəliyevi aldadaraq mobil telefonunu və velosipedini alıblar.
Zərərçəkmiş baş verən dələduzluqla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib.
O, bildirib ki, naməlum şəxslər onu aldadaraq danışmaq adı ilə mobil telefonunu, sürmək bəhanəsi ilə velosipedini alaraq qaçıblar.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri Emil Eyvazov və Oruc Vəliyev saxlanılıblar.
Onların noyabrın 27-də daha 1 nəfərə qarşı dələduzluq etdikləri də müəyyən edilib.