Ləğv ediımiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə hökmün oxunacağı tarix məlum olub.
Teleqraf.com xəbər verir ki, hökm noyabrın 30-da elan ediləcək.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi kollegiya müşavirəni başa çatdırıb. Sabah saat 10.00-da hökmün elan olunacağı bildirilir.
Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini təklif edilib.
Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.