1 Avqust 2014 10:45
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda gecə klubunda baş verən qətlin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, gecə klubunda Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal Abdullayevi öldürən, 1994-cü il təvəllüdlü Emin Ağazadə tutulub.

Qeyd edək ki, iyulun 30-da gecə klubunda mübahisə zamanı naməlum şəxslər tərəfindən Vüsal Abdullayev bıçaqlanıb. Bıçaq yarası alan Vüsal Abdullayev dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: