30 Noyabr 2017 12:44
2 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevlə bağlı məhkəmə qərarı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin hökmündə qeyd olunub.

Onun üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb.

İlqar Əliyev MTN Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin müvani olub.

Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bu gün Bakı Hərbi Məhkəməsində hökm elan edilib. Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İlqar Əliyev 2015-ci ilin oktyabrında həbs edilib, həmin il dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib. Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, onun işi üzrə istintaq hərəkətləri prokuorluqda davam etdirilir.

İlqar Əliyevin intiharı ilə bağlı başlanan cinayət işinə isə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər