Gəncə şəhərində iki gəncin mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Teleqraf.com xəbər verir ki, şəhərin Mirzə Abbas Abbaszadə küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində 1995-ci il təvəllüdlü Kənan Əmiraslanov həmyaşıdı ilə mübahisə edib.
Gənclər arasında qız üstündə mübahisə sonradan davaya çevrilib. Davada Kənan Əmiraslanov bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.