Bakının Xəzər rayonunda avtomobilləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Elnur Qənizadə tutulub.
Oğurluğu törətməkdə şübhəli bilinən daha 2 nəfər müəyyən edilib.
Onların saxlanılmaları üçün tədbirlər görülür.