Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Elnur Qəhrəmanov naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Məkum olub ki, Elnur Qəhrəmanov evinin yaxnlığında bıçaqlanıb. Naməlum.şəxs ona yaxınlaşaraq, mobil telefonunu tələb edib.
Elnur Qəhrəmanov həmin şəxsə telefonunu verməyib. Bu zaman nağmlum şəxs Elnur Qəhrəmanova 3 bıçaq zərbəsi vurub.
Faktla bağlı cinayət işi başlanıb.