Bakının Suraxanı rayonunda 7 evdən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisində 1 həyətyanı sahədən su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Çingiz Nurəliyev saxlanılıb.
Onun cari ilin fevral-noyabr ayları ərzində rayon ərazisindəki 6 həyətyanı sahədən su mühərriki və məişət əşyaları oğurlaması da müəyyən edilib.