İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirli bilinən Zöhrab Vəzirovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Zöhrab Vəzirovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmə hökmü elan edib. Məhkəmənin hökmü ilə Zöhrab Vəzirov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Zöhrab Vəzirov Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrinin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etməkdə təqsirli bilinib.