1 Avqust 2014 14:44
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da İlqar Vəliyevin 100 manatını quldurluq yolu ilə almış Bakı şəhər sakini Adil Sultanov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun başqa cinayətlərdə iştirak etməsi müəyyən olunub. O, Fərid adlı şəxslə birgə iyulun 29-da Rasim Şirinova və iyulun 3-da İsgəndər Göyüşova qarşı quldurluq edib. Onların habelə iyulun 24-də Bakı şəhər sakini Eldəniz Əsgərovdan 24 manatını almaları da üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər