Narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədi ilə növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şəhər polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas İlyasov saxlanılıb.
Polis şöbəsində onun əlindəki polietilen sellofana baxış zamanı 2 bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.