6 Dekabr 2017 13:32
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masazır qəsəbəsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rais Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rais Mirzəyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il iyunun 28-də Abşeron rayonunun Masazır qəsəbəsindəki kafelərdən birindən Cəlilabad rayon sakini Vasif Sadıqov və Yardımlı rayon sakini Əfqan Zeynallı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qəsəbə sakini Rais Mirzəyev tutulub.

Rais Mirzəyev Cinayər Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər