1 Avqust 2014 16:41
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda mağazadan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Qazax rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi iyulun 31-nə keçən gecə Cəfərli kəndinin ərazisində qeydə alınıb. Kənd sakini Elçin Vəliyevə məxsus mağazanın dam örtüyünü sökməklə ərzaq məhsulları, danışıq kartları və məişət əşyaları oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ənvər Məmmədov tutulub.

Hacı Zeynalov


Müəllif: