7 Dekabr 2017 22:59
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda keçirilən toy məclisində bıçaqlanma hadisəsi törədən gənc həbs edilib.

Teleqraf.com xəbər verir ki, Sabirabad və Şirvan şəhər polis şöbələrinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində 1989-cu il təvəllüdlü Sərxan Əaədov həbs edilib.

Rayon polis şöbəsinə gətirilən Sərxan Əsədov törətdiyi cinayəti etiraf edib. O bildirib ki, hadisəni əsəbi halda törədib. Pul borcu üstündə düşən mübahisə zamanı Orxan Xudiyev söyüş söydüyü üçün Sərxan bıçağa əl atıb.

Qeyd edək ki, hadisə dekabrın 6-da rayonun Qaragüney kəndində yerləşən "Fərid" şadlıq sarayında baş verib.

Toy məclisində rayonun Ətçələr kənd sakini Sərxan Əsədov Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Orxan Xudiyev və onun dostu, 1988-ci il təvəllüdlü Emil Əhmədovu bıçaqlayıb.

Hər iki yaralı Şirvan Şəhər Xəstəxanasına gətirilib. Onlara tibbi yardım göstərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər