8 Dekabr 2017 18:22
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda dəhşətli qətl törədən ata və oğul barəsində məhkəmə qərarı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Salyan tayon Məhkəməsi istintaq orqanının vəsatətini təmin edib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, 3 il əvvəl itkin düşmüş Mehparə Əliyeva və onun 4 qızı - İradə, Rəqibə, Sevda və Ümidənin rayonun mərkəzində, Tale Davudzadə küçəsindəki evlərinin həyətində meyitləri aşkarlanıb.

İlkin məlumata görə, onları Mehparə Əliyevanın əri Fərhad Əliyev öldürüb. Ataya oğlu Fəqan da kömək edib. Fərhad Əliyev içki düşkünü olub.

Mərhumların Türkiyəyə getdiyi ehtimal edilirdi. Ailənin 5 üzvü itkin düşdükdən sonra Mehparənin qızlarını da götürərək Türkiyəyə getdiyi barədə söz-söhbət yayılıbmış.

2014-cü ildən Mehparə Əliyeva və qızları Salyan rayon polis şöbəsində itkin düşmüş kimi axtarışda olub.

İstintaq araşdırması zamanı məlum olub ki, Fərhad Əliyev həqiqətən də qətli oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevlə birlikdə törədib. Polis ata və oğulu yaxalayıb.

Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda və Ümidənin qətlə yetirilməsi ilə bağlı qadının əri Fərhad Əliyev və onun oğlu Fəqan Əliyevə ittiham elan edilib.

Hər iki şübhəli şəxs rayon prokurorluğunda dindirilib və onlar törətdikləri cinayəti etiraf ediblər. Fərhad Əliyev bildirib ki, hadisə baş verən günü sərxoş olublar. Onun sözlərinə görə, arvadını və qızlarını öldürüb.

Şübhəli şəxsin sözlərinə görə, cinayəti törədən zaman sərxoşluğun təsirindən özündə olmayıb: “Özümə gələndə arvadımı və qızları artıq öldürmüşdüm. Onları öldürdüyümə görə peşman olmuşdum. Amma artıq gec idi. Həbs edilməməyim üçün cinayətin izini itirmək lazım idi. Oğlum da mənə köməklik etdi. Oğlumla birlikdə arvadımı və qızlarımı evin zirzəmisində basdırdıq”.

Fərhad Əliyev deyib ki, bir neçə gündən sonra arvadının və qızlarının itkin düşməsi xəbəri rayon ərazisində sürətlə yayılıb: “Özümü şübhəli aparmadım. Sonra arvadım və qızlarımın itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə müraciət etdim. Polisdə onları itkin düşmüş kimi qeydiyyata aldılar və axtarış aparmağa başaldılar”.

Cinayətin açılmasına bu yaxınlarda teleaparıcı Xoşqədəm Hidayətqızının itkin düşən Mehparə Əliyeva və onun qızları ilə bağlı hazırladığı süjeti efirə verməsi səbəb olub. Efirdə Mehparə Əliyevanın qızlarını da götürərək Türkiyəyə getdiyi qeyd olunub.

Həmin süjetin yayılmasından sonra Fərhad Əliyev rayonda qeyrətsiz kimi tanınacağını düşünüb. Bu səbəbdən ata və oğul polis şöbəsinə gələrək cinayəti etiraf ediblər. Onlar Mehparə Əliyeva və 4 qızını harada basdırdıqlarını polisə bildiriblər.

Baktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Müəllif: Hacı Zeyanlov

Oxşar xəbərlər