Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Maarif Orucovun 830 manat pul və mobil telefonunun oğurlanması barədə Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri Eşqin İsmayılov, İlyas Əsgərov və Şahin İsmayılov saxlanılıblar.