Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Məmmədoğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Vüqar Əlizadə tanışı, 1993-cü il təvəllüdlü Kamran Quliyevi pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.
Hər iki şəxs fəhləliklə məşğul olab. 23 yaşlı Kamran Quliyev tanışından bir müddət əvvəl150 manat borc pul alıb. Bir müddət sonra Vüqar Əlizadə ondan borcu qaytarmasını istəyib. Lakin Kamran Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini xahiş edib. Vüqar Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
Tanışların pul mübahisəsi daha sonra davaya keçib və Vüqar Əlizadə 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb.
İstintaq araşdırması zamanı Vüqar Əlizadənin dostu İlham Məmmədoğlunun da cinayət işində əli olduğu məlum olub.
Məhkəmənin baxışı dekabrın 13-nə təyin edilib.