Bakının Nizami rayonunda bir qrup gənc arasında kütləvi dava olub.
Teleqraf.com xəbər verir ki, Qara Qarayev prospektində 5 nəfər arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
Dava zamanı 1985-ci il təvəllüdlü Ruslan Ələkbərov və 1985-ci il təvəllüdlü Tural Qurbanov bıçaqlanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarının xilas etmək mümkün olub.Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Nizami rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.Cinayəti törədən şəxslərin həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.