Gəncə şəhərində bıçaqlanma baş verib.
Teleqraf.com-un məlumatına görə, Dədə Qorqud prospektindəki parkda 2002-ci il təvəllüdlü Elvin Nuriyev bıçaqlanıb.
Xəstəxanaya yerləşdirilən Elvin Nuriyevə tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Elvin Nuriyev sosial şəbəkələrdən birində paylaşılan şəklin şərh yerində tanımadığı başqa bir azyaşlı oğlanla mübahisə edib. Yeniyetmələr mübahisələrini virtual aləmdə yox, real həyatda davam etdirmək qərarına gəliblər. Axşam saatlarında parkda görüşüblər. Əlbəyaxa zamanı digər şəxs Elvin Nuriyevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.
Hazırda polis cinayəti törədən şəxsin yerinin müyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirir.
Faktla bağlı cinayət işi başlanıb.